İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

İran prezidentinin xüsusi nümayəndəsi Qarabağ münaqişəsinin həlli ilə bağlı planı Ermənistana təqdim edib

İran prezidentinin xüsusi nümayəndəsi, bu ölkənin XİN rəhbərinin müavini Abbas Əraqçi Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin planını Ermənistan tərəfə təqdim etdiyini bildirib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Ermənistanda səfərdə olan Abbas Əraqçi deyib.

İran XİN rəhbərinin müavini Ermənistanlı həmkarlı Zöhrab Mnatsakanyanla görüşdüyünü və İranın münaqişəilə bağlı həll planının detallarını açıqladığını bildirib.

İSNA-nın məlumatına görə Ermənistan XİN rəhbəri İranın Qarabağla bağlı həlli planının detalları araşdırılacaq.

Qeyd edək ki, İran rəsmisi bundan öncə Bakı və Moskvada səfərdə olub. Abbas Əraqçinin Ermənistandan sonra Ankaraya rəsmi səfəri gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 2 =