İran PUA-larının uçuş məsafələrinin 2000 km-ə çatdığını bildirib

İran PUA-larının uçuş məsafələrinin 2000 km-ə çatdığını bildirib

“İran PUA-ları ilə 2000 km radiusda olan hədəfləri vura bilir.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu, hazırda İranda keçirilməkdə olan ordunun PUA qüvvələrinin hərbi təlimlərinin sözçüsü kontr-admiral Mahmud Musəvi deyib.

Bildirilib ki, İranın PUA qüvvələri 2000 km radiusda olan hədəfləri vura bilir.

Qeyd edək ki, İran Silahlı Qüvvələri ötən gündən başlayaraq, ölkənin müxtəlif bölgələrində PUA arsenalının gücünü nümayiş etdirən hərbi təlimlərə başlayıb.

Bu hərbi təlimlər iki gün çəkəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 1 =