İran Qəzzədə sionist rejimin cinayətlərinin davam etməsini kəskin şəkildə pislədi

İran Qəzzədə sionist rejimin cinayətlərinin davam etməsini kəskin şəkildə pislədi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin günahsız Fələstin xalqına qarşı davam edən vəhşiliklərini sərt şəkildə pisləyib.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, sionist rejimin son günlərdə Fələstin xalqına qarşı artan hücumlarına və son 24 saat ərzində 100-dən çox günahsız fələstinlinin qətlə yetirilməsinə, o cümlədən Fələstin Qanunverici Şurasının üzvü Məhəmməd Fərəc Əl-Ğul ilə məşhur fələstinli qarinin, Əla Əzam və ailəsinin alçaqcasına terror edilməsinə toxunaraq bildirib: Qəzzənin ərzaq və dərmanla blokadasının davam etdirilməsi, əhali üzərinə aclıq və susuzluğun zorla tətbiq olunması, eləcə də çadırların və məcburi köçkünlərin toplaşdığı yerlərin bombalanması, amansız hərbi cinayətlərdir və bu əməllər fələstinlilərə qarşı müstəmləkəçi soyqırım planının davamıdır.

Bəqayi, ABŞ və sionist rejimin humanitar yardım mərkəzləri adı altında yalançı və hiyləgər fəaliyyətlərini, bu mərkəzləri aclıq və susuzluq içində olan günahsız qadın və uşaqları kütləvi şəkildə qətlə yetirmək üçün qurulmuş tələyə çevirmələrini qətiyyətlə pisləyib. Bu cinayətlərin dərhal dayandırılması üçün bütün dövlətlərin və beynəlxalq qurumların, xüsusilə insan hüquqları və humanitar hüquqla bağlı təşkilatların mənəvi və hüquqi məsuliyyət daşıdığını vurğulayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin, ABŞ, Almaniya və İngiltərə başda olmaqla, İsrail rejiminin əsas dəstəkçilərinin Qəzzə və İordan çayının qərb sahilində törədilən qətliam və soyqırımlardakı birbaşa məsuliyyətini vurğulayaraq bildirib: İşğalçı rejimin cinayət və hüquq pozuntuları qarşısında cəzasız qalması bu vəhşiliklərin və müharibə alovlarının davam etməsinin əsas səbəbidir. Bəqayi, region ölkələrini və İslam dünyasını işğal altındakı Fələstində gedən soyqırımın qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + fifteen =