İran: Qəzzada atəşkəs müqavimət iradəsini gücləndirdi

İran: Qəzzada atəşkəs müqavimət iradəsini gücləndirdi

 İran İslam Respublikası ordusu Qəzzada atəşkəs elan edilməsi ilə bağlı verdiyi bəyanatda müqavimətin bu böyük qələbəsinin onların iradəsini gücləndirdiyini və azadlıq mübarizəsini daha məqsədyönlü olduğunu vurğulayıb.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu gün (18 yanvar)  İİR Ordusu İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Qəzzada atəşkəs elan edilməsi ilə bağlı bəyanatda deyilir: Qəzzada atəşkəslə müqavimətin zəfərinin əldə edildiyi və qəhrəmanlıqla böyük bir dastan yazdı. Qəzzə xalqının cəsarətli və mübariz xalqının mətanət, müqavimət və şücaətinə hörmətlə yanaşır, təcavüzün, cinayətin və köçkünliyin əzab və sıxıntılarına sinə gərmiş o böyük xalqa başsağlığı veririk.

Bəyanatın davamında deyilir: Uşaqları qətlə yetirən sionist rejimin vəhşi cinayətlərindən 15 ay sonra bu gün Qəzzanın igid xalqının iradəsi və əzmkarlığı öz bəhrəsini verdi və o qeyrətli xalqın açıq-aşkar qələbəsi tarixdə qızıl xətlə Fələstinin fələstinlilərin olduğunu yazdı. Qəzzə xalqı öz səbr və mətanəti ilə göstərdi ki, heç bir qüvvə bu xalqın öz ayrılmaz hüquqlarına nail olmaq üçün möhkəm əzmini sarsıda bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + 13 =