İran Qəzzaya humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb

İran Qəzzaya humanitar yardım göndərməyə hazır olduğunu açıqlayıb

arici İşlər naziri İranın Qəzzaya humanitar yardım göndərməyə hazır olduğunu bildirərək deyib: “Gözləntimiz budur ki, BMT Qəzzaya su, qida və digər humanitar yardımların fasiləsiz göndərilməsi üçün təcili addımlar atacaq.”

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan həmkarları və bəzi beynəlxalq təşkilatların rəsmiləri ilə telefon danışıqları və müzakirələrin davamında BMT Baş katibi Antonio Quterreşlə Fələstindəki hadisələri müzakirə edib və fikir mübadiləsi aparıb.

İşğal olunmuş ərazilərdə baş verənlərin tamamilə Fələstinin təşəbbüsü olduğunu və Netanyahu və sionist rejimin son aylardakı hərbi cinayətləri və ekstremizminə cavab xarakteri daşıdığını bildirən Xarici İşlər naziri deyib: “Hazırda Qəzza humanitar baxımdan tam mühasirədədir, su və elektrik enerjisi, uşaqlara, qadınlara və insanlara dərman və qida göndərilməsi kəsilib, sionist rejimin Qəzza xalqına qarşı hücumları və müharibə cinayətləri davam edir.”

Əmir Abdullahiyan vurğulayıb: “Qəzzada qadın və uşaqların geniş şəkildə qətliamına görə, onun sonrakı reaksiyaları və vəziyyətin mürəkkəbləşməsinin məsuliyyəti sionist rejimin üzərinə düşür.”

O, İranın Qəzzaya humanitar yardım göndərməyə hazır olduğunu açıqlamaqla yanaşı deyib: “Biz BMT-nin Qəzzaya su, qida və digər humanitar yardımların fasiləsiz göndərilməsi üçün təcili addımlar atmasını gözləyirik.”

Quterreş: Qəzzada vəziyyətin pisləşməsindən xəbərdarıq

Antonio Quterres bu telefon danışığında deyib: “Bəlkə də, Qəzzada baş verənlərə bizim qədər narahat olan bir kəs yoxdur. Çünki BMT-nin yüzlərlə əməkdaşı bu şəhərdə çox pis vəziyyətdədir, indiyə qədər onlardan bəziləri öldürülüb və belə bir vəziyyətdə Qəzzə xalqını qoruyurlar.”

Quterreş əlavə edib: “Çoxlu sayda Qəzza sakininə bu şəhərdə BMT-yə aid məktəblərdə sığınacaq verilib. Qəzzada vəziyyətin pisləşməsindən xəbərdarıq. Digər ölkələrlə məsləhətləşmələr apararaq, bombardmanların və qarşıdurmaların güclənməsinin qarşısını almağa cəhd edirik. Çünki hər an bu vəziyyətin gərginləşməsinin Qəzzada faciəyə səbəb olacağı qorxusu var.”

BMT Baş katibi deyib: “Biz həmişə İsrail hakimiyyətinin ifrat mövqelərinə qarşı çıxmışıq və inanırıq ki, öz müqəddəratını təyinetmə hüququnun tanınması və müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə bu problemlərə son qoymaq olar.”

Quterreş müharibənin digər bölgələrə yayılmasının qarşısını almaq üçün geniş şəkildə məsləhətləşmələr apardıqlarını da bildirib.

O, İran İslam Respublikasının Beynəlxalq Qırmızı Xaç və BMT ilə koordinasiyada Qəzzaya su, qida və dərman göndərməyə hazır olmasını təqdir etməklə yanaşı, Qəzzada elektrik stansiyaları üçün yanacağın tükənməsi səbəbindən bu bölgədə faciə riskinin daha çox olmasından narahatlığını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 3 =