İran qapılarını dörd ölkə üçün bağladı

İran qapılarını dörd ölkə üçün bağladı

İranda koronavirusun “Omikron” variantı ilə mübarizə tədbirləri davam edir.

Bu çərçivədə Fransa, İngiltərə, Danimarka və Norveçdən ölkəyə giriş qadağan olunub.

İran dövlət mediasında yer alan xəbərə görə, sözügedən ölkələrdə yaşayan və ya son 14 gün ərzində bu ölkələrdən keçməklə tranzit uçuşlar həyata keçirənlərin İrana girişi qadağan edilib.

İran vətəndaşlarına isə bu qərar şamil olunmayıb.

Həmçinin, diplomatlar da sözügedən qərarın təsirindən azad olunub.

Mənbə: TRT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =