İran Qasim Süleymaninin terrora məruz qaldığı İraq səfərinin bəzi detallarını açıqlayıb

İran Qasim Süleymaninin terrora məruz qaldığı İraq səfərinin bəzi detallarını açıqlayıb

“Qasim Süleymani bu səfərdə Səudiyyə Ərəbistanın mesaj və təkliflərinin cavabını İraq tərəfə çatdırmalı idi.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran İran rəsmisi bir il öncə Bağdad hava limanı ətrafında törədilən məşum terror aktının bəzi detallarını açıqlayıb.

O bildirib ki, Qasim Süleymani bu səfərdə vasitəçilik missiyasında olan İraqın rəhbərliyinə bəzi mesajları çatdırmalı idi.

O əlavə edib ki, Səudiyyə Ərəbistanın İrana göndərdiyi mesaj və təkliflərinin cavabı Qasim Süleymani tərəfindən sözgedən rəsmi səfərdə İraq rəhbərliyinə çatdırılmalı idi ki, düşmən terror aktı ilə bunun qarşısını aldı.

S.Xətibzadə qeyd edib ki, İran daha sonra bu cavabları Səudiyyə Ərəbistanına çatdırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =