İran Qazaxstandakı qarşıdurmalara münasibət bildirib
“İran Qazaxstandakı prosesləri diqqətdə saxlayır. Dost və qardaş ölkədə xarici ünsürlərin sui-istifadə etməsinə imkan verilməməlidir.”
SalamNews Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
“İran İslam Respublikası Qazaxstandakı cari prosesləri diqqətdə saxlayır. Biz buna inanırıq ki, dost, qardaş və qonşu Qazaxstanın dövlət və anlayışlı xalqı xarici müdaxilə olmadan və milli mənafeyini təmin etməklə dialoq və dinc yolla problemləri və ixtilafları həll edəcəklər. Xarici ünsürlərin bu məsələdə sui-istifadə etməsinə imkan verilməməlidir”, deyə Səid xətibzadə bildirib ki, Qazaxstanın sabitliyi və təhlükəsizliyi İran üçün əhəmiyyətlidir.
SalamNews.org