İran rəsmisi: “Suriya ilə heç bir təmas olmayıb”

İran rəsmisi: “Suriya ilə heç bir təmas olmayıb”

“İran İslam Respublikası ilə Suriyanın yeni hökuməti arasında siyasi müstəvidə heç bir təmas olmayıb”.

“Azad İran” “Telegram” kanalı İran KİV-nə istinadən xəbər verir ki, bu sözləri İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlər qarşısında çıxış edərkən söyləyib.

O, bu gün mətbuat konfransında İran və Suriya arasında təmasların qurulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib:

“İki ölkə arasında heç bir mesaj mübadiləsi, təmas aparılmayıb və biz bu ölkənin xalqı üçün təhlükəsiz, dinc Suriya istəyirik. Ümid edirik ki, Suriya xalqı sülh içində yaşayacaq”.

https://t.me/AzadIranTelegram/47499

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =