İran Reuters xəbərlərini təkzib edir

İran Xarici İşlər Nazirliyi Reuters agentliyinin Tehranın Vaşinqtonla danışıqlar çərçivəsində uranın zənginləşdirilməsini dayandıra biləcəyi ilə bağlı xəbərini təkzib edib.
İran Xarici İşlər Nazirliyi Reuters xəbər agentliyinin Tehranın Vaşinqtonla davam edən danışıqlar çərçivəsində uranın zənginləşdirilməsi fəaliyyətini dayandıra biləcəyi ilə bağlı xəbərini qəti şəkildə təkzib edib .
Nazirliyin sözçüsü İsmayıl Bekai bəyan edib ki, uranın zənginləşdirilməsi İran üçün müzakirə olunmayan bir prinsipdir və bu məsələdə heç bir güzəşt edilməyəcək.
“Suveren hüquq”
İranın zənginləşdirmə fəaliyyətlərini davam etdirməsinin müzakirə olunmayan bir prinsip olduğunu vurğulayan Bekai, “Tehran bu vəziyyəti nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi çərçivəsində suveren və qanuni bir haqq olaraq görür və bu mövzuda heç bir geri addım atmayacaq” dedi.
Sözçü Reuters- in dərc etdiyi xəbərin həqiqətə uyğun olmadığını bir daha vurğulayıb.
İranın diplomatik mənbələrinə istinadən Reuters xəbər verir ki, əgər ABŞ İranın dondurulmuş aktivlərini buraxarsa və Tehranın mülki məqsədlər üçün uranı zənginləşdirmək hüququnu tanıyarsa, İran uranın zənginləşdirilməsini dayandıra bilər.
Agentlik bunun daha geniş nüvə sazişinə gətirib çıxara biləcək “siyasi konsensus” ola biləcəyini irəli sürmüşdü.
ABŞ ilə dolayı danışıqlar üçün yaşıl işıq
Bu hadisələr baş verərkən İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədiyyan Moskvadan verdiyi açıqlamada Vaşinqtonla dolayısı danışıqların irəliləyiş edə biləcəyini bildirib.
“Əgər amerikalıların ciddi niyyətləri olsa və vədlərinə xilaf çıxmasalar və hər dəfə mövqelərini dəyişməsələr, danışıqlar irəliləyə bilər”, – Əhmədiyan bildirib.