İran, Rusiya və Çin yaxın vaxtlarda Fars körfəzində təlimlər keçirəcək

İran, Rusiya və Çin yaxın vaxtlarda Fars körfəzində təlimlər keçirəcək

Rusiya xəbər agentliyi Fars körfəzi sularında Rusiya, İran və Çinin birgə hərbi dəniz təliminin keçiriləcəyini bildirib.

Rusiyanın RİA Novosti xəbər agentliyi İran, Çin və Rusiya arasında müştərək dəniz təliminin keçiriləcəyini açıqlayıb.

“RİA Novosti” bu barədə Rusiyanın Sakit okean regionunun donanmasına istinadən məlumat yayıb.

RİA Novosti təlimin nə vaxt keçiriləcəyini açıqlamayıb və əlavə məlumat verməyib.

Lakin Moskvanın Tehrandakı səfirliyi təlimin 2022-ci ilin əvvəlində Fars körfəzində keçiriləcəyini açıqlayıb.

Birgə təlimdə əsas diqqət dəniz təhlükəsizliyi və dəniz quldurluğu ilə mübarizəyə yönəldiləcək.

Bundan əvvəl Rusiya Federasiyasının Tehrandakı səfiri Levan Caqaryan İran, Rusiya və Çin donanmalarının 2021-ci ilin son günləri və ya 2022-ci ilin əvvəlində Fars körfəzində hərbi təlimlər keçirəcəyini açıqlamışdı.

Məlumata görə, Rusiyanın bir neçə gəmisi artıq Sakit Okean Donanmasından Çabhar limanına yanaşıb.

Sputnik-in məlumatına görə, Rusiya dəniz qüvvələrinin rəsmiləri İran, Rusiya və Çin hərbi gəmilərinin iştirak edəcəyi ortaq dəniz təliminin keçirilməsi üçün konfransa qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 14 =