İran səfiri ilə Azərbaycan xarici işlər nazirinin müavini arasında görüş keçirilib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu ilə nazir müavini Araz Əzizov arasında görüş baş tutub.
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlərin son vəziyyəti, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər İran və Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
İran səfiri görüşdə sionist rejimin İrana qarşı son təcavüzünə toxunaraq, bu rejimin Tehran-Bakı münasibətlərini pozmaq məqsədi daşıyan təxribatçı fəaliyyətlərinə qarşı ayıq və həssas olmağın zəruriliyini qeyd edib.
Tərəflər münasibətlərin qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında daha da dərinləşdirilməsi barədə razılığa gəliblər.