İran səfiri: İsrailin əsassız iddiaları Livanla atəşkəs razılaşmasına açıq-aşkar etinasızlıqdır

İran səfiri: İsrailin əsassız iddiaları Livanla atəşkəs razılaşmasına açıq-aşkar etinasızlıqdır

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Təhlükəsizlik Şurasının sədri və Birləşmiş Millətlər Təşkilatının baş katibinə ünvanladığı məktubda İsrailin Tehrana qarşı əsassız iddialarını rədd edib və vurğulayıb: Bu iddialar İsrail rejiminin Təhlükəsizlik Şurasının 1701 (2006) saylı qətnaməsini dəfələrlə pozmasına və Livanla atəşkəs razılaşmalarına açıq-aşkar məhəl qoymamasına haqq qazandırmaq üçün sadəcə bəhanədir.

İran İslam Respublikasının səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla cümə günü Təhlükəsizlik Şurasının sədri və Birləşmiş Millətlər Təşkilatının baş katibinə ünvanladığı məktubda İsrail rejiminin iddiaları və İran İslam Respublikasına qarşı ittihamlarını əsassız adlandırıb.

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı yüksək vəzifəli diplomatı məktubunda bildirib: Hazırkı yazışma İsrail rejiminin Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsinin BMT-nin Baş Katibinə və Təhlükəsizlik Şurasının sədrinə (S/2025/28) ünvanladığı 13 yanvar 2025-ci il tarixli məktubuna cavab olaraq göndərilib. Bu məktubda İran İslam Respublikası əsassız və yalan bir şəkildə ittiham olunur ki, “…mütərəqqi silah sistemləri Təhlükəsizlik Şurasının 1701 (2006) qətnaməsini açıq şəkildə pozaraq İrandan Livana qaçaqmalçılıq yolu ilə gətirilir”. İran İslam Respublikası bu əsassız ittihamı qəti şəkildə rədd edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =