İran səfirinin Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşü

İran səfirinin Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşü

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu 26 iyun çərşənbə günü iş fəaliyyətinin ilk günündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və etimadnaməsini təqdim edib. Görüş zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və sionist rejimin ölkəmizə qarşı hərbi təcavüzü mövzularında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının xarici işlər naziri İranla münasibətlərin inkişafını ölkəsinin xarici siyasət prioritetlərindən biri adlandırıb və bildirib ki, İran və Azərbaycan arasında mövcud olan çoxsaylı tarixi, mədəni, dini ortaq məqamlar və geniş potensiallar iki ölkə arasında münasibətlərin dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradıb.

Səfirimiz də öz növbəsində Azərbaycanın İranın xarici siyasətində xüsusi yerə sahib olduğunu vurğulayıb və dostluq, qarşılıqlı hörmətə əsaslanan əlaqələrin inkişafı və möhkəmləndirilməsini səfirlik missiyası dövrünün əsas hədəflərindən biri kimi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − thirteen =