İran Səfirliyi Ermənistanın Gəncəni bombalamasını hərbi cinayət adlandırıb

İran Səfirliyi Ermənistanın Gəncəni bombalamasını hərbi cinayət adlandırıb

İranın Bakıdakı səfirliyi Ermənistan Silahlı Qüvvələrinin ötən gecə Gəncəni ballistik raketlə hədəfə alması haqda bəyanat verib və bu hücumu kəskin pisləyib.

İnterAz xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyi rəsmi instaqram və tvitter səhifələrində bəyanat yerləşdirib.

Bəyanatda deyilir:

“İran İslam Respublikasının Azərbaycandakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir sıra mülki şəxslərin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir. Səfirlik həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalar və hüquqa zidd olduğunu vurğulayır. Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − seventeen =