İran Səudiyyə ilə Bağdaddakı dialoquna münasibət bildirdi
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə İraqın paytaxtı Bağdadda keçirilən sammitdə Səudiyyə Ərəbistanı ilə baş tutan dialoqa münasibət bildirib.
Bu barədə Parstoday agentliyi məlumat yayıb.
O, İranın xarici işlər naziri səviyyəsində keçirilən görüşə şərh verərək deyib: “Hər bir beynəlxalq konfrans üçün iştirakçıların səviyyəsi və tərkibi ölkələr və görüşün detallarına əsaslanır. İran İslam Respublikasının bölgədə, İraqda və beynəlxalq aləmdəki mövqeyini hər kəs bilir. Önəmli olan odur ki, bu sammit daha sıx əməkdaşlığın bərpa edilməsi yolunda həyata keçirilib”
İran və Səudiyyə Ərəbistanı arasında Bağdaddakı dialoqa işarə edən Xətibzadə, bu danışıqların əvvəlki dialoqun davamı olduğunu və yeni bir dialoqun olmadığını vurğulayıb.
Faktxeber