İran Səudiyyədən Cənubi Koreyaya etanol maddəsi daşıyan gəmini saxlayıb

İran Səudiyyədən Cənubi Koreyaya etanol maddəsi daşıyan gəmini saxlayıb

İran Səudiyyə Ərəbistanından Cənubi Koreyaya etanol maddəsi daşıyan gəmini saxlayıb və ölkə sahilinə istiqamətləndirib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın İslam İnqilabının Keşikçilər Ordusunun Dəniz qüvvələri bəyanat verib.

Bildirilib ki, İranın Limanlar İdarəsinin tələbi ilə Cənubi-Koreya bayrağı altında üzən gəmi saxlanılıb və Bəndər-Abbas limanına istiqamətləndirilib.

Əlavə edilib ki, “Honkuk Chemi” gəmisi “ekologiyanın çirkləndirilməsində dəfələrlə qanun pozuntularına yol verdiyinə görə” saxlanılıb, onun və ekipajının işi ölkənin aidiyyatı məhkəmə orqanlarına verilib.

Bildirilib ki, Sudiyyə Ərəbistanın əl-Cəbil limanından Hindistana yollanan gəmidə 7,200 ton etanol mayesi yükü olub.

Qeyd edək ki, son aylarda ABŞ sanksiyalarından dolayı İranla Cənubi-Koreya arasında maliyyə depozitləri və köçürmələri haqda problemlər yaşanmaqdadır. Cənubi Koreya banklarında İrana aid 7 milyard dolların olduğu və bu pulların İrana verilməsində çətinliklərin yarandığı qeyd edilir. İranın Mərkəzi Bankı Cənubi-Koreyanın bu işdə vədlərinə əməl etmədiyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 13 =