İran “Şahed-149” dronunun təkmilləşdirilmiş versiyasını təqdim edib

İran “Şahed-149” dronunun təkmilləşdirilmiş versiyasını təqdim edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Şahed-149 Gaza” pilotsuz uçuş aparatının modernləşdirilmiş versiyasını təqdim edib.

APA xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, PUA-nın yenilənmiş versiyası yeni şassi sistemi və silah asma qurğusu ilə təchiz olunub.

“Şahed-149 Gaza”nın ilk versiyası 2021-ci ilin may ayında təqdim edilib.

Bu döyüş dronu 35 saata qədər uçuş həyata keçirə və bir uçuşda 7 min km-ə qədər məsafəni qət edə bilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + twelve =