İran şahmatçısı Bakı turnirinin qalibi olub

İran şahmatçısı Bakı turnirinin qalibi olub

İranlı yeniyetmə Bakı Beynəlxalq Şahmat Turnirinin birinci yerini qazana bilib.

Beynəlxalq usta, İranın milli şahmatçısı Sina Müvəhhid Bakıda keçirilən Azərbaycan beynəlxalq turnirində iştirak edib və bu turnirin çempionu olub. Bu yarışın çempionu olmaqla yanaşı o, 24 reytinq xalı qazanmağı bacarıb və 2500 ELO həddini keçib.

Azərbaycan Respublikasının şahmat turnirində Müvəhhid ölkənin üç böyük ustasına qalib gəlib və onların ən məşhuru Azərbaycan Respublikasının görkəmli ustası Rauf Məhəmmədov olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + fifteen =