İran sanksiyalara görə bloklanmış bəzi aktivlərinə çıxışı bərpa edir

İran sanksiyalara görə bloklanmış bəzi aktivlərinə çıxışı bərpa edir

İran ABŞ-ın sanksiyaları səbəbindən bloklanan xarici hesablardakı bəzi aktivlərinə çıxışı bərpa edib.

“Report” xəbər verir ki, bu barədə IRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.

“Hökumət fəal diplomatiyası nəticəsində İranın valyuta ehtiyatlarının bir hissəsini müxtəlif ölkələrdə buraxmağa nail olub. Bu səylər davam edir”, – məlumatda deyilir.

Qeyd edilir ki, dondurulmamış aktivlərin məbləği Londonun 1974-cü ildə Beynəlxalq Hərbi Xidmətlər ilə İran arasında bağlanmış müqaviləyə görə bu yaxınlarda Tehrana ödədiyi 470 milyon avrodan bir neçə dəfə çoxdur.

Şirkət İrana 1 000-dən çox tank çatdırmalı idi, lakin 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra Böyük Britaniya müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =