İran, sionist nazirin Qəzzaya Atom bombası ilə hücum tələbini pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü naziri Nasir Kənani Benyamin Netanyahunun kabinetindən olan sionist nazirin Qəzzaya Atom hücumu ilə bağlı açıqlamalarını kəskin şəkildə pisləyib.
Nasir Kənani X sosial şəbəkəsində yazıb: Sionist rejimin son günlər Qəzzada məzlum Fələstin xalqına qarşı hədsiz vəhşiliyi, bugünkü adıçəkilən rejimin kabinet nazirinin Atom bombasından istifadə ilə hədələməsi bütün dünya üçün xəbərdarlıq siqnalı çalır.
Dünya dərhal bu faşist və irqçi rejimə qarşı durmalı və onun tərəfdarlarını hesaba çəkməlidir.-deyə kənani əlavə edib.
Son vaxtlar sionist rejimin mədəni irs naziri “Amiçay Eliyahu” bu rejimin Qəzzada Fələstin müqaviməti ilə qarşıdurmada uğursuzluğunu və sionist məhbusları müqavimətdən azad edə bilməməsini ört-basdır etmək məqsədi ilə deyib ki, Qəzzada Atom bombası yeganə mümkün həll yoludur və müharibə adam qaçıranla baha başa gələcək.
İsrailin İrs nazirinin Qəzza zolağına Atom bombası ilə hücum tələbindən sonra bu rejimin baş naziri Netanyahu nazirinin açıqlamalarının məsuliyyətindən yayınmağa çalışıb.
Netanyahu deyib: Amiçay Eliyahunun Qəzzaya atom bombası atması ilə bağlı açıqlamaları reallıqdan ayrıdır.