İran sionist rejimin 20-dən çox F-35 təyyarəsini məhv edib

İran sionist rejimin 20-dən çox F-35 təyyarəsini məhv edib

Bildirilib ki, İran raket hücumu ilə İsrailə məxsus 20-dən çox F-35 döyüş təyyarəsini məhv edib. Rəsmi mənbələr tərəfindən hələlik təsdiqini tapmayan xəbəri “ŞəfəqNA” agentliyi yayıb.

İraq mərkəzli ShafaqNA agentliyinin sosial media mənbələrinə əsaslanaraq verdiyi xəbərdə Tehranın İsrail ordusuna aid ABŞ istehsalı olan 20-dən çox F-35 döyüş təyyarəsini raket hücumu ilə məhv etdiyi bildirilib.

Agentlik qeyd edib ki, bu məlumat hələlik rəsmi mənbələr və ya iri media qurumları tərəfindən təsdiqini tapmayıb.

Halbuki bundan əvvəl də mediada İsrailin bir sıra hərbi obyektlərinin vurulduğu barədə məlumatlar yayılmışdı.

Bununla belə  , “Jerusalem Post” qəzeti İranın son saatlarda İsrailə təxminən 400 raket hücumu təşkil etdiyini yazıb. Xəbərə görə, təhlükəsizlik kabineti iclasının Qüdsdəki sığınacaqda keçiriləcəyi bildirilib.

İnqilab Mühafizəçiləri hücumun sui-qəsdlərə cavab olduğunu açıqlayıb. İsrail İranın hücumlarına cavab verəcəyini iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =