İran: Sionist rejimin cinayətləri ona diz çökdürəcək

İran: Sionist rejimin cinayətləri ona diz çökdürəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin davam edən cinayətlərinə və Qəzzada aclıq probleminə cavab olaraq deyib: Şübhəsiz ki, məzlum, lakin dözümlü Fələstin xalqı bütün zülmkarlıqlara baxmayaraq, cinayətkar İsrail rejiminə diz çökdürəcək.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün (5 iyun) Qəzzada su qıtlığı və aclıq probleminə cavab olaraq X sosial media hesabında yazıb: Günü-gündən artan kütləvi qətllər, bütün xəstəxanaların dağıdılması, dərman və tibbi avadanlıq, ciddi ərzaq və yanacaq çatışmazlığı, elektrik generatorlarının sıradan çıxması, indi susuzlaşdırma sakinlərinin problemlərini birə-beş artırıb.

Kənani həmçinin yazıb: UNRWA-nın məlumatına görəhal-hazırda Qəzzada müşahidə olunan susuzluq pik həddədir. Yanacaq olmadığı üçün Qəzzanın həyati obyektləri sıradan çıxıb və insanlar bu isti havada uzun məsafəni piyada getməyə və su almaq üçün növbəyə durmağa məcbur olurlar.

Amma rüsvayçılıq və işğalçı rejim tərəfdarlarının və bütün bu cinayətlər qarşısında susanların qara ləkəsi əbədi olaraq tarixdə həkk olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − four =