İran sionist rejimin ölüm maşınını durdurmq üçün İslam ölkələrin dərhal hərəkətə keçməyə səsləyib

İran sionist rejimin ölüm maşınını durdurmq üçün İslam ölkələrin dərhal hərəkətə keçməyə səsləyib

Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Qəzzədəki təcavüzünə cavab olaraq, sionist rejimin qətl və cinayət maşınının dayandırılması üçün İslam ölkələrinin təcili, təsirli, çəkindirici və koordinasiyalı hərəkətlərinin vacibliyini vurğulayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist rejim qırıcılarının bu gün səhər Qəzzə zolağının müxtəlif bölgələrində İslami Cihad hərəkatının üç komandirinin şəhadətinə və bir sıra fələstinli qadın və uşaq da daxil olmaqla, onlarla sıravi insanın şəhadət və yaralanmasına səbəb olan terror hücumunu şiddətlə qınayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü şəhid ailələrinə və Fələstin müqavimət qruplarına başsağlığı verərkən, bu hücumlarda yaralananların tezliklə sağalması üçün Allahdan şəfa diləyib.

Kənani bildirib ki, sionist rejimin Ən-Nikbə günü ərəfəsində həyata keçirilən bu addımı işğalçı rejimin İordan çayının qərb sahilində və Qüdsdə fələstinli gənclərin qəhrəmancasına müqaviməti qarşısında aciz və zəif olmasının əlamətidir.

Kənani bunu ictimai rəyi rejimin son dərəcə qeyri-sabit və kritik daxili vəziyyətindən yayındırmağa yönəlmiş addım hesab edib.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb: Son aylarda sionistlərin Fələstin xalqına qarşı qeyri-insani hərəkətlərinin güclənməsi qarşısında məsul beynəlxalq qurumların və Qərb ölkələrinin susqunluğu və fəaliyyətsizliyi istismarın ən mühüm amilidir. Sionist aparteid rejiminin cinayətlərini davam etdirməsi onların siyah keçmişi və saxta insan haqları iddiaçılarının rüsvayçı hərəkətləri ünvanında tarixə yazılacaq.

Diplomatik xidmətin sözçüsü sonda sionist rejimin qətl və cinayət maşınının dayandırılması üçün İslam ölkələrinin təcili, təsirli, çəkindirici və koordinasiyalı adımlarının zəruriliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 1 =