İran sionist rejimin son cinayətini qınadı

İran sionist rejimin son cinayətini qınadı

Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist işğalçı rejimin kabinet nazirlərindən birinin İordan çayının qərb sahilinin işğal olunmuş ərazilərə ilhaqı ilə bağlı bəyanatlarını kəskin şəkildə pisləyib.

İRNA-nın məlumatına əsasən, İsmail Bəqai bu gün (13 noyabr) sionist rejimin son 76 ildə Fələstin torpağına davamlı təcavüzü və sionist qəsəbələrinin genişləndirilməsi ilə bağlı müstəmləkəçilik siyasətinə toxunaraq, bu siyasəti xüsusilə son bir ildə ən qəddar şəkildə həyata keçirilən Fələstinin soyqırımı və məhvi planının tərkib hissəsi kimi qiymətləndirib.

İsmail Bəqai deyib: Beynəlxalq hüququn prinsip və standartlarına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, onun bəyan etdiyi və tətbiq etdiyi siyasətə inanmayan, Birləşmiş Millətlər Təşkilatını, onun norma və institutlarını alçaltmağa və zəiflətməyə səy edən bir rejim bu təşkilatın üzvü olmağa layiq deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 10 =