İran sionistlərin Qəzzə zolağındakı yeni cinayətinə reaksiya verib

İran sionistlərin Qəzzə zolağındakı yeni cinayətinə reaksiya verib

Qəzzə yarası azadlıqsevər insanların yaddaşlarından, soyqırımı və qətli-ama dəstək və bunun qarşısında sükut damğası isə insan hüquqlarının yalançı iddiaçılarının alınlarından silinməyəcək. Bu sözləri, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani-Çafi «X» sosial şəbəkəsində yazıb: Qəzzə şəhərinin Ərrəşid prospektində humanitar yardımlar almaq üçün intizar çəkən yüzdən çox fələstinli sionist rejimin vəhşicəsinə hücumu nəticəsində şəhid oldu və səkkiz yüzə yaxın fələstinli də yaralandı.

Soyqırımçı İsrail rejimi ordusunun hərbçiləri öz yeni cinayətlərində cümə axşamı günü Əl-Nablusi meydanında və Ərrəşid prospektində humanitar yardımların gəlməsini gözləyən fələstinlilərə hücum etdilər.

Bu hücumda yüz dörd nəfərdən çox fələstinli şəhid oldu, yeddi yüz altmış nəfər isə yaralandı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 12 =