İran şirkətləri Azərbaycana dəvət olundu

Azərbaycan Respublikasının prezidenti aprelin 28-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxış edərək İran şirkətlərini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edib.
Azərbaycan Respublikasının prezidenti aprelin 28-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxış edərək İran şirkətlərini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət edib.İlham Əliyev deyib: “Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik. Burada həm dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri – bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir. Eyni zamanda, erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər”.Prezident qeyd edib ki, Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz əməkdaşlıq edirlər.Onun sözlərinə görə, bu əməkdaşlıq həm də İran və Azərbaycan ərazisində yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratmalıdır. Bunun üçün kifayət qədər imkanlar var. Çünki hər iki ölkənin çox böyük iqtisadi potensialı var, hər iki ölkədə sahibkarlar sinfi kifayət qədər fəaldır.İlham Əliyev söhbətinin davamında Araz dəhlizi layihəsinə də toxunaraq bildirib ki, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Lakin, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil, həm də Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək.İlham Əliyev bu layihə çərçivəsində Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşasının hazır olduğunu qonaqların diqqətinə çatdırıb