İran “Soyuz” raketi ilə yeni peyklərini orbitə göndərməyə hazırlaşır!

İran “Soyuz” raketi ilə yeni peyklərini orbitə göndərməyə hazırlaşır!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

İran 25 iyul 2025-ci il tarixində Rusiyanın şərqində yerləşən Vastoçni kosmodromundan “Soyuz” raketi ilə yeni peyklərini kosmosa göndərməyə hazırlaşır.

Rəsmi məlumatlara görə, buraxılış İran vaxtı ilə saat 09:54-də həyata keçiriləcək. Missiya çərçivəsində “Yunusfer-M” adlı iki əsas peyk (№3 və №4) və əlavə olaraq 18 kiçik tədqiqat peyki orbitə çıxarılacaq.

Bu təşəbbüs Rusiya tərəfindən həyata keçirilən geniş miqyaslı elmi, kommersiya və araşdırma yönümlü peyk buraxılış proqramının bir hissəsi kimi qiymətləndirilir. Raket 22 iyul tarixində Vastoçni bazasının 1-S platformasında yerləşdirilib.

Müşahidəçilər layihəni İranın elmi-texniki potensialını artırmaq və regional kosmik fəaliyyətlərdə iştirakını genişləndirmək baxımından strateji addım kimi qiymətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 12 =