İran spikerinin köməkçisi Ayətullah Xameneinin Putinə ünvanladığı məktubu barədə danışdı

İran spikerinin köməkçisi Ayətullah Xameneinin Putinə ünvanladığı məktubu barədə danışdı

Sizinyol.com xəbər verir ki, İran İslam İnqilabın Ali Rəhbərinin Rusiya Prezidenti Vladimir Putinə məktubu Fevral ayının 8-də İİR-nın parlamentinin sədri tərəfindən, Rusiya Dumasının sədri və Putinin xüsusi nümayəndəsinə təhvil verilib.

“KHAMENEI.IR” portalı, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın beynəlxalq əlaqələr üzrə xüsusi köməkçisi Hüseyin Əmir Abdullahianın bu barədə açıqlamasını dərc edib.

“Bu gün İnqilabın Ali Rəhbərinin nəzərləri beynəlxalq münasibətləri və dünya siyasətini dərk edən mütəxəssislərdən biri kimi beynəlxalq əlaqələr üzrə mütəxəssislərin diqqət mərkəzinə çevirilib. Onun beynəlxalq aləmdə cızdığı yol xəritələri yeni dünya düzəninin təşkilində yeni ideyalar olaraq izlənilir. O, beynəlxalq aləmdəki təcrübələrinə əsaslanaraq, xarici siyasətdə balansı qoruyub saxlamağın vacibliyini hər zaman vurğulayıb. Yəni, İslam Respublikasının müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün “Nə Şərq, nə də Qərb” siyasətinə əməl etməklə yanaşı dünyanın hər bir tərəfi ilə xarici əlaqələri qorumaq. Bu baxımdan düşünürük ki, hər dövrdə qlobal dəyişikliklərin mərkəzi yaxşı tanınmalı və buna əsasən ölkələrin xarici siyasəti müəyyənləşdirilməlidir.”, deyə Hüseyin Əmir-Abdullahian qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + three =