İran Sudanda günahsız insanların öldürülməsini pislədi

İran Sudanda günahsız insanların öldürülməsini pislədi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Sudanın Vəd ən-Nurə kəndində yüzlərlə günahsız insanın öldürülməsi və yaralanmasını pisləyib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Vəd ən-Nurə kəndinə edilən hücumda yüzlərlə günahsız insanın, o cümlədən qadın və uşaqların öldürülməsi və yaralanmasını dəhşətli və sarsıdıcı hadisə kimi qiymətləndirərək deyib: “İran İslam Respublikası Sudanda vətəndaş müharibəsinin davam etməsindən və bu ölkədə müxtəlif münaqişə bölgələrində günahsız vətəndaşların ağrılı vəziyyətindən narahatdır.”

Xarici İşlər Nazirliyinin sözçüsü hazırkı münaqişələrdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, bu ölkəyə sülhün və normal yaşayış şəraitinin tez bir zamanda qaytarılmasını, Sudanda günahsız insanların öldürülməsi və qətliamının dərhal dayandırılmasını istəyib, beynəlxalq ictimaiyyətin, xüsusilə də insan haqları qurumlarının Sudandakı mövcud vəziyyətə son qoymaq üçün təsirli tədbirlər görmək məsuliyyətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 2 =