İran sülhün tərəfdarıdır – Əli Nikzad
Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında İran İslam Şurası Məclisinin (parlament) sədr müavini Əli Nikzad deyib.
O qeyd edib ki, İran İƏT-ə üzv dövlətlər arasında əməkdaşlığı daha da artırmağa çağırır: “İran parlamenti bütün qanunvericilik imkanları ilə üzv dövlətlərlə əlaqələri gücləndirməyə tam hazırdır. İran İƏT-də əməkdaşlığın daha da gücləndirilməsinə qətiyyətlə çalışır. İran özünə qarşı zalım sanksiyalara baxmayaraq, həmişə bölgədə sülhün tərəfdarı olub”.
Ə.Nikzad əlavə edib ki, İran xarici siyasətdə qonşularla yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır: “Onu da qeyd edim ki, pandemiyadan digər ölkələr kimi, İran da ziyan çəkib. İqtisadiyyatın bərpası bütün ölkələrin gündəmindədir”.
Publika.az