İran Tramp da daxil olmaqla 48 nəfərin saxlanılması ilə bağlı İnterpola müraciət edib

İran Tramp da daxil olmaqla 48 nəfərin saxlanılması ilə bağlı İnterpola müraciət edib

İran, getməkdə olan ABŞ prezidenti Donald Trampın və digər 47 nəfərin saxlanılması ilə bağlı Beynəlxalq Cinayət Polisi İdarəsinə müraciət edib

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn İsmaili deyib.

O, bu gün keçirilən mətbuat konfransında bildirib ki, ölkənin aidiyyatı məhəkəməsi general Qasim Süleymaninin terrora məruz qalması ilə bağlı işi yekunlaşdırıb və digər ölkələrin müvafiq qurumlarından da bəzi sübut materialları əldə edib.

Əlavə edilib ki, Donald Tramp da daxil olmaqla 48 nəfərin saxlanılması ilə bağlı qərar və ona aid materiallar Beynəlxalq Cinayət Polisi İdarəsinə göndərilib.

Qeyd edək ki, İraq Məhkəməsi də Qasim Süleymani, Əbu-Mehdi əl-Mühəndis və digər 7 hərbçinin terrora məruz qalması məsələsini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 5 =