İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq şərtini açıqlayıb

İran uranın zənginləşdirilməsini məhdudlaşdırmaq şərtini açıqlayıb

ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılaşarsa, Tehran uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmağa və yüksək zənginləşdirilmiş uran ehtiyatlarından qurtulmağa hazır olacaq.

“Report” xəbər verir ki, bu barədə NBC televiziyası İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin siyasi məsələlər üzrə müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) generalı Əli Şamxaniyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, rəsmi Tehran həmçinin beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa hazır olacaq və uranın yalnız mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + seventeen =