İran üzərindən İraqa keçən Azərbaycanlıların sayı açıqlandı

İran üzərindən İraqa keçən Azərbaycanlıların sayı açıqlandı

İQNA-nın xəbərinə görə, Bu, azərbaycanlıların Ərbəin mərasiminə olan böyük marağını göstərir.

3-21 avqust tarixləri arasında Türkiyə ilə olan Bazergan Sərhəd Qapısından İrana daxil olan xarici Ərbəin ziyarətçilərinin sayı açıqlandı.

Məlumata görə, Türkiyə və Qafqaz ölkələrindən ümumilikdə 11 min 835 ziyarətçi bu qapıdan İrana daxil olub.

Son statistikaya görə, 2723 Türkiyə vətəndaşı, 7808 Azərbaycan vətəndaşı və 1304 Gürcüstan vətəndaşı İrana daxil olub.

Məlumatlar, Bazergan Sərhəd Qapısından İrana daxil olan xarici Ərbəin ziyarətçilərinin sayının ötən illə müqayisədə 142 faiz artdığını göstərir.

Ərbəin 2023-cü ildə bu quru sərhəddən ölkəyə daxil olan xarici ziyarətçilərin sayı 4878 nəfər olmuşdu.

Ərbəin mərasimləri

Hz. Məhəmmədin (s.a.v) nəvəsi Hz. İmam Hüseyn (ə.s) və yoldaşlarının 10 oktyabr 680-ci ildə (Hicri 10 Məhərrəm 61) Kərbəla şəhərində şəhid edilməsi hər il “Aşura Günü”ndə yad edilir. Hicri təqvimi ilə “Aşura Günü”ndən 40 gün sonra keçirilən anma mərasimlərinə “Ərbəin” (Qırxıncı Gün) mərasimləri deyilir. Bu il Ərbəin mərasimləri 25 avqustda keçiriləcək.

Hər il Ərbəin günlərində milyonlarla Əhlibeyt aşiqi İraq sərhədini piyada keçərək Kərbəla şəhərindəki yas mərasimlərinə qatılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × five =