İran və Azərbaycan arasında su və elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə edilib

İran və Azərbaycan arasında su və elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İranın Energetika nazirləri su ehtiyatları və elektrik enerjisi sahəsində əməkdaşlığı müzakirə ediblər.

SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovla İranın Enerji naziri Əli Əkbər Mehrabiyan arasında videokonfrans formatında görüş baş tutub.

Tələflər bu görüşdə ölkələr arasında su ehtiyatları və elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsinə təkidlə yanaşıblar.

İranlı nazir ölkəsinin elektrik şəbəkəsinin Azərbaycan yolu ilə Rusiyaya birləşdirilməsinin əhəmiyyətindən danışıb və bu kimi addımların üç ölkənin əlaqələrinin möhkəmləndirilməsində rolunu vurğulayıb.

Məlumata görə tərəflər iki ölkə sərhədində yerləşən Xudafərin və Qız qalası elektrik stansiyası və barajının vəziyyətini də müzakirə ediblər.

Salamnews.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =