İran və Çin hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

İran və Çin hərbi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Rəsmi Tehran və Pekin hərbi əməkdaşlığı inkişaf etdirmək, eləcə də təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

“Report” ILNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqeri Çinin müdafiə naziri Vey Fenqe ilə danışıqlardan sonra bildirib.

“Bugünkü (dünənki-red) görüşdə biz iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər, təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldik”, – Baqeri deyib.

Onun fikrincə, qarşılıqlı fəaliyyətin vəzifəsi hər iki ölkənin təhlükəsizliyini daha yaxşı təmin etməkdir.

Qeyd edək ki, Çinin müdafiə naziri aprelin 27-də Tehrana rəsmi səfər edib. O, İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =