İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu xətti və qaz nəqli planı ilə bağlı son razılaşmalar əldə olunub

İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu xətti və qaz nəqli planı ilə bağlı son razılaşmalar əldə olunub

İran İslam Respublikasının Rusiyadakı səfiri deyib: İki ölkənin yüksək səviyyəli nümayəndə heyətlərinin danışıqlarında tərəflər Rəşt-Astara dəmir yolunun tikintisinə dair icra sazişinin 2025-ci ilin mart ayının sonunadək imzalanması vaxtı barədə razılığa gəliblər.

Kazım Cəlali İRNA-nın Moskvadakı müxbiri ilə müsahibədə əlavə edib: İran İslam Respublikası və Rusiya Federasiyasının yüksək rütbəli nümayəndə heyətləri arasında iki ölkənin prezidentləri Dr. Məsud Pezeşkiyan və Vladimir Putinin iştirakı ilə cümə günü, 17 yanvar 2025-ci ildə keçirilən danışıqlarda bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

O bildirdi ki, yollar və şəhərsalma naziri xanım Fərzanə Sadiq bu görüşdə ətraflı hesabat təqdim etdi, tərəflər arasında danışıqlar yaxşı keçdi.

İranın Rusiyadakı səfiri Rəşt-Astara dəmir yolu layihəsinin tikintisinə dair müqavilənin 2023-cü ilin mayında Şəhid Rəisinin prezidentliyi dövründə imzalandığını xatırladaraq deyib: Bu planın icrasını sürətləndirmək üçün ötən həftələr ərzində İranın yollar və şəhərsalma naziri ilə Rusiyanın nəqliyyat naziri həftəlik olaraq onlayn görüşlər keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =