İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında danışıq olub – Qəzzada humanitar vəziyyət araşdırılıb

İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında danışıq olub – Qəzzada humanitar vəziyyət araşdırılıb

İran İslam Respublikası və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Qəzza zolağında Rəfahda baş verən son hadisələr də daxil olmaqla, regional və beynəlxalq hadisələri müzakirə ediblər.

Səudiyyə Ərəbistanı mediası bu ölkənin xarici işlər naziri Feysəl bin Fərhan bin Abdullah ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı barədə məlumat yayıb.

Məlumata görə, bu telefon danışığında rəsmi Tehran və Ər-Riyad arasında ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələr, o cümlədən Rəfahdakı son hadisələr, Qəzza zolağındakı humanitar vəziyyət və bu sahədə göstərilən səylər müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 6 =