İran xalqının həmrəylik nümayişi dünya mediasında

İslam İnqilabının 46-cı ildönümü münasibətilə İran xalqının geniş şəkildə iştirakı ilə ingilisdilli media və ərəb dünyası da medialarda geniş işıqlandırılıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, dünən (10 fevral) 22 Bəhmən yürüşü və şanlı İslam İnqilabının qələbəsi bayramı Tehran daxil olmaqla İranın 1400 rayon və şəhərində, eləcə də ölkənin 35 mindən çox kəndində müxtəlif təbəqələrdən olan insanların geniş iştirakı ilə keçirilib.
Bu bazar ertəsi Hindistanda da İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə möhtəşəm yürüş keçirilib.
Bu yürüş zamanı stendlərdə müqavimət şəhidlərinin şəkilləri nümayiş etdirilib.
Həmçinin Azərbaycan Respublikası prezidenti İlham Əliyev də İnqilabın Aliməqam Rəhbəri Seyid Əli Xameneiyə təbrik mesajı göndərib.






