İran Xarici İşlər Nazirliyi: Bəzi üzvlərinin müstəmləkəçilik tarixi olan NATO dünyada təhlükəsizliyi pozur

İran Xarici İşlər Nazirliyi: Bəzi üzvlərinin müstəmləkəçilik tarixi olan NATO dünyada təhlükəsizliyi pozur

 İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “NATO və onun qaranlıq bir müstəmləkəçilik tarixi olan bəzi üzvləri Qərbi Asiyada və dünyanın digər bölgələrində dağıdıcı və müdaxiləçi siyasətlər, habelə hərbi əməliyyatlar planlaşdırmaq və həyata keçirməklə təkcə regionda deyil, bütün dünyada qeyri-sabitliyə və təhlükəsizliyin pozulmasına səbəb olurlar.”

İRNA-nın xarici siyasət üzrə bölməsinin verdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani NATO Baş katibinin İran İslam Respublikasının regiondakı rolu ilə bağlı əsassız ittihamlarını və açıqlamalarını pisləyib.

XİN-nin sözçüsü deyib: “NATO Baş katibinin səsləndirdiyi iddialar acı zarafata bənzəyir. Çünki NATO və onun qaranlıq bir müstəmləkəçilik tarixi olan bəzi üzvləri Qərbi Asiyada və dünyanın digər bölgələrində dağıdıcı və müdaxiləçi siyasətlər, habelə hərbi əməliyyatlar planlaşdırmaq və həyata keçirməklə təkcə regionda deyil, bütün dünyada qeyri-sabitliyə və təhlükəsizliyin pozulmasına səbəb olurlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + one =