İran Xarici İşlər Nazirliyi: Sionist rejim dünyada mütəşəkkil terrorizmin simvoludur

İran Xarici İşlər Nazirliyi: Sionist rejim dünyada mütəşəkkil terrorizmin simvoludur

İran Xarici İşlər Nazirliyi sionist rejimi dünyada mütəşəkkil terrorizmin simvolu adlandırıb.

İranın Xarici İşlər Nazirliyi sionist aparteid rejiminin qurulmasının ildönümü olan “Nəkbə” günü (Böyük fəlakət) münasibətilə verdiyi bəyanatda bildirib: 1948-ci il mayın 14-ü Fələstinin işğalının fəlakətli dövrünün başlanğıcı və məzlum insanların hüquqlarının, xüsusən də öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulmasıdır ki 76 ildir, onun bədbəxt nəticələri regionu və İslam dünyasını bürüyüb və İslam dünyasının bədənində dərin və ağrılı yaraya çevrilib.

Bu bəyanatda bildirilir ki, Nəkbə günü Britaniya müstəmləkəçiliyinin şər niyyətli sui-qəsdi ilə İslam dünyasının mərkəzində aparteid işğalçı sionist rejiminin bərqərar olmasının ildönümü olaraq Dünyanın müstəmləkəçi dövlətlərinin, onların başında Amerikanın yaşıl işığı və birbaşa və dolayı dəstəyi ilə Qanlı soyqırım, qırğın, köçkünlük, işğal dövrünün və Müqəddəs Fələstin torpağının təhqir olunmasının başlanğıcını xatırladır.

İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, dünyada rəsmi mütəşəkkil terrorizmin bariz simvolu olan saxta sionist rejim özünün qalın beynəlxalq cinayətlər dəftərinə hər dəfə yeni biabırçı səhifə əlavə edir; Qəzza zolağında Nasir və Şəfa xəstəxanalarında kütləvi məzarlıqların tapılması bu qəddar anti-insani rejimin cinayətinin dəhşətli mənzərəsini təsvir edir.

Bu bəyanatda deyilir ki, Müharibə cinayətləri, soyqırım və insanlığa qarşı cinayətlər də daxil olmaqla beynəlxalq cinayətlərin törədilməsi Birləşmiş Millətlər Təşkilatının fundamental dəyərlərinə və bütün tanınmış beynəlxalq norma, prinsip və standartlara zidd hesab olunur və Şübhəsiz ki, onların günahkarlarının cinayət məsuliyyətinin səbəbləri göstərilib və sionist cinayətkarların cəzasız qalmasının davam etməsi beynəlxalq hüququn müddəalarına zidd hesab edilir.

İran Xarici İşlər Nazirliyi, Yeddi aydan çox müddətdə ABŞ-ın hərtərəfli siyasi, hərbi, kəşfiyyat və iqtisadiyyat dəstəyi ilə Sionist rejim tərəfindən işğal olunmuş Fələstin torpaqlarında 35 mindən çox günahsız insanın, o cümlədən qadın, uşaq və müdafiəsiz kişilərin öldürülməsini, 78 min insanın yaralanmaı və yüz minlərlə köməksiz insanın didərgin salınmasını məhküm edib.

Mayın 15-i fələstinlilər tərəfindən “Nəkbə günü” adlandırılaraq  onların sionistlər tərəfindən məcburi köçünün simvoludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 5 =