İran Xarici İşlər Nazirliyinin bəyanatı Astana razılaşmasına uyğundur
İranlı ekspert İran Xarici İşlər Nazirliyinin Suriyadakı hadisələrlə bağlı bəyanatı əsasən Astana razılaşmasının müddəalarının ilə uyğun olduğunu deyib.
Əl Aləm telekanalının məlumatına əsasən, siyasi araşdırmaçı Məhəmməd Murtuza bu gün (8 dekabr) verdiyi müsahibədə deyib: İran Xarici İşlər Nazirliyinin bəyanatında Suriyanın ərazi bütövlüyü və hakimiyyətin sülh yolu ilə təhvil verilməsi, Suriya hökumətinin qərarı insanlara hörmət edilməli olduğu deyilir.
Məhəmməd Murtuza həmçinin deyib: Suriyanı 2011-illə 2024-cü ili müqayisə etmək olmaz. Şünki 2011-ci ildə silahlı müxalifətin şüarları yandırma, baş kəsmə kimi terror şüarlar idi və bu qrupun ideologiyasını paylaşan hər hansı bir şəxsə qarşı idi .
Ekspert Suriyada terrorçu müxaliflərin layihəsinin iflasa uğradığına işarə edərək deyib: Bu gün İŞİD hadisə yerindən yoxa çıxıb. Təhrir əş-Şam və digər silahlı qruplar da vahid Suriya və ədalətli hökumət istəyir. Bu insanlar suriyalıdır və onlar insanların, azlıqların seçimlərinə və onların inanclarına hörmət tələb edirlər.