İran XİN başçısı Livanda səfərdədir

İranın xarici işlər naziri Abbas Əraqçi Livanın paytaxtı Beyrutda səfərdədir.
“Report” xəbər verir ki, məlumatı İRNA yayıb.
Bildirilib ki, bu, son bir ildə İran XİN başçısının üçüncü, Livanda yeni prezident seçkisindən sonra ikinci səfəridir.
Məlumata görə, bu səfərlər Livan-İsrail müharibəsindən, “Hizbullah” lideri Həsən Nəsrullah öldürüldükdən sonra prezident və baş nazirin seçilməsi fonunda reallaşıb.
Abbas Əraqçinin səfəri çərçivəsində Livan-İran əlaqələri və regional məsələləri müzakirə edəcəyi gözlənilir. İran XİN başçısının Livanın Prezidenti Cozef Salam, Baş nazir Navaf Salamla görüşü gözlənilir.