İran XİN nümayəndəsi Səudiyyə Ərəbistanı hökumətinə müraciət etdi

İran XİN nümayəndəsi Səudiyyə Ərəbistanı hökumətinə müraciət etdi

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin İrana qarşı iddiasına cavab olaraq, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Səudiyyə Ərəbistanının İran, Yəmən və Fələstinə münasibətini tənqid edib.  

Xətibzadə “Yəmən xalqını öldürmək və vəhhabilik ilə sələfiliyi təşviq edərək, İslam birliyi qurmaq mümkün deyil. Pul xərcləməklə lobbi alına bilməz. İslam dünyasının sərvətləri Fələstin məsələsinə xəyanət etmək üçün istifadə edilə bilməz. Səudiyyə Ərəbistanı bunlardan imtina etmədiyi müddətcə təcrid edilməsi probleminin düzəlmə ehtimalı olmayacaq”, – deyə açıqlamasında bildirib.  

Səudiyyəyə müraciət edən Xətibzadə “İran bütün İslam ölkələrinə dostluq əlini uzadır. Səudiyyənin bütün səhvlərini və planlarını bilirik, lakin yaxşı qonşu olmağa çalışdıq. Buna görə də bölgənin yüksəlişi üçün birlikdə çalışmaqdan başqa yolumuz yoxdur. Əs-Səud nifrət yaymaqdan uzaq olmalıdır”, – söyləyib.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =