İran XİN rəhbəri: “ABŞ sanksiyalarını neytrallaşdıracağıq”

İran XİN rəhbəri: “ABŞ sanksiyalarını neytrallaşdıracağıq”

ABŞ-ın İrana qarşı sanksiyaları bir müddət sonra ləğv ediləcək.

Bunu cümə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“ABŞ-ın birtərəfli repressiv sanksiyaları öz təsirini dayandıracaq, bu, uzun sürməyəcək”, – deyə nazir bəyan edib.

Onun sözlərinə görə, İranın yeni hökuməti davamlı iqtisadi inkişaf proqramını tam şəkildə həyata keçirmək niyyətindədir.

“Növbəti addımda biz şübhəsiz ki, ABŞ sanksiyalarını neytrallaşdıracağıq. Çünki onların beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur”, – o əlavə edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − twenty =