İran XİN rəhbəri Bakıya səfərində Şəhidlər xiyabanını ziyarət edib

İran XİN rəhbəri Bakıya səfərində Şəhidlər xiyabanını ziyarət edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıya rəsmi səfəri çərçivəsində Şəhidlər xiyabanını da ziyarət edib.

SalamNews xəbər verir ki, İran XİN başçısı Hüseyn Əmir Abdullahian Bakıya səfəri zamanı Azərbaycan şəhidlərinin xatirəsini yad edib.

O, ilk olaraq Azərbaycan dövləti və xalqını 44 günlük Vətən müharibəsindəki qələbəsi münasibəti ilə təbrik edib.

Abdullahian Şəhidlər Xiyabanında verdiyi müsahibədə deyib ki, Azərbaycanın istiqlaliyyəti uğrunda, həmçinin birinci və ikinci Qarabağ müharibələrində canlarından keçən bütün şəhidlərin xatirəsini ehtiramla anır.

O əlavə edib ki, İranın işğalçılıq və bölücülük əleyhinə mövqeyi bəlli və aydındır və Tehran İslam ölkələrinə qarşı hər cür işğalçılığa qarşıdır.

İranlı nazir qeyd edib ki, “tezliklə işğal altında bütün Fələstin torpaqlarının azad ediləcəyinin və paytaxtı müqəddəs Qüds olan vahid Fələstin dövlətinin yaradılmasının şahidi olacağımıza ümid edirik”

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 4 =