İran XİN rəhbəri Türkiyədə regional məsələləri müzakirə edəcək
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Türkiyəyə səfər edəcək.
APA-nın Tehran bürosu xəbər verir ki, səfər yanvarın 17-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində ikitərəfli əlaqələrin hərtərəfli inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Hüseyn Əmir-Abdullahianın Türkiyədən Rusiyaya səfər edəcəyi gözlənilir.
Apa.az