İran XİN rəsmisi Əfqanıstandan danışdı

İran XİN rəsmisi Əfqanıstandan danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə çərşənbə axşamı twitterdə Əfqanıstanda baş verən son hadisələr barədə yazıb: “Əfqanıstandakı narahatlıq doğuran hadisələri diqqətlə izləyirik.”

O, belə qeyd edib : “İran gərginliyin dərhal azaldılmasını, qanunun aliliyinə hörmət edilməsini və hərtərəfli dialoqun aparılmasını istəyir.”

Xətibzadə əlavə edib: “ABŞ-ın viranedici siyasətinin bölgəmizdə uzunmüddətli nəticələri mövcud idi və indi isə ABŞ-ın son dərəcə məsuliyyətsiz hərəkətləri daha çox ziyan vurmaqdadır.”

Qeyd edək ki, son iki ayda təxminən Əfqanistanın 50 şəhəri ya Taliban tərəfindən ələ keçirilmiş ya da qarşıdurmaların şahidi olmuşdu. Bu şəhərlərin çoxu təhlükəsizlik qüvvələrinin müqaviməti olmadan “Taliban”-ın əlinə keçmişdir.

Bəzi əyalətlərdəki yerli mənbələr, Taliban üzvlərinin sayı və hücumların miqyası ilə bağlı təbliğatın, hökumət qüvvələrinin bölgəni müqavimət göstərmədən tərk etməsinə səbəb olduğunu söyləmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =