İran XİN rəsmisi terrorçuların İraqdakı əsas planını açıqladı
Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə İraqın paytaxtı Bağdad şəhərindəki terror aktlarına münasibət bildirib.
O bu barədə mətbuat konfransı zamanı danışıb. Səid Xətibzadə vurğulayıb ki, İran xalqı və hökuməti baş verən terror aktlarını şiddətli şəkildə lənətləyir. “Təkfirçi terrorçular yeni həvəslə İraqı hədəf alırlar.
Onlar çalışırlar ki, İraqın təhlükəsizlik və sabitliyini pozsunlar. Nəticədə xarici hərbi qüvvələr də İraqdan çıxmamaq üçün bəhanə göstərə bilsinlər”, – deyə Səid Xətibzadə diqqətə çatdırıb.
XİN rəsmisi qeyd edib ki, İran İslam Respublikası terrorçuluğa qarşı mübarizədə daim İraqın yanındadır.