İran XİN: Sanksiyaların aradan qaldırılması istiqamətində işlər aparılır

İran XİN: Sanksiyaların aradan qaldırılması istiqamətində işlər aparılır

Sanksiyaların neytrallaşdırılması və aradan qaldırılması istiqamətində işlər aparılır.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Twitter“ hesabında İranın “5+1” ölkələri ilə yaxşı və güclü razılaşma əldə etmək səyləri haqqında münasibət bildirərkən yazıb.

O qeyd edib ki, ölkənin iqtisadi transformasiyadan qorunması və subsidiya sisteminin ədalətli bölüşdürülməsi əsas strategiyadır: “İranın yaxşı, güclü və qalıcı razılaşma əldə edilməsində “qırmızı xətlər”ini qorumaqla, sanksiyaların ləğvi üçün danışıqlar düzgün istiqamətdə aparılacaq”.

Xatırladaq ki, İranın nüvə proqramına dari İran və “5+1” ölkələri arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planının dirçəldilməsi və sanksiyaların ləğvi səylərinin davamı çərçivəsində Avropa İttifaqının xarici işlər nazirinin müavini Enrike Moranın Tehrana rəsmi səfər edəcəyi gözlənilir.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 20 =